featured-image-33755

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”ın rəqibi olan Latviya RFS-in düşərgəsində bizə kifayət qədər yaxşı tanış olan sima var. Söhbər klubun baş direktoru Marius Verpakovskidən gedir.

Latviya millisinin AÇ-2000-yə vəsiqə qazanmasında böyük rolu olmuş sabiq hücumçu 2018-ci ildən Riqa klubunda çalışır. Millidə 104  oyuna 29 qol vurmuş forvardın karyerasında Azərbaycan da önəmli yer tutur. O, 2011-2013-cü illərdə “Bakı” klubunun formasını geyinib.  Düzdür, Verpakovskinin “Bakı”dakı çıxışı elə də uğurlu alınmayıb. O, 27 matçda cəmi 3 dəfə fərqlə bilmişdi. Bununla belə, 2012-ci ildə Hafiz Məmmədovun prezident olduğu klubda Azərbaycan kubokunu qazanmışdı.

Verpakovski 2004-cü ildə keçirilən Latviya – Azərbaycan yoldaşlıq oyununda (2:2) millimizin qapısına yol tapıb.

AYXAN

Bənzər xəbərlər