"Sabah"ın sabiq baş məşqçisi Litvada işə başladı
“Sabah”ın sabiq baş məşqçisi Jelko Şopiçin yeni klubu məlum olub.
Msport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Litvanın “Kauno Jlgris” klubunun “sükanı” arxasına keçib.
Ötən mövsüm çempion olan Kaunas təmsilçisi ÇL-ın təsnifat mərhəlsində mübarizə aparacaq.
51 yaşlı Şopiç 2019-2020-ci illər mövsümündə “Sabah”ın baş məşqçisi olub. O, Azərbaycandan getdikdən sonra “Qoritsa”, “Riyeka” (hər ikisi Xorvatiya), “Vidzev Lodz” (Polşa) komandalarını çalışdırıb.







