featured-image-24685

“Sabah”ın sabiq futbolçusu Petar Şkuletiç karyerasını bitirib.

Msport.az xəbər verir ki, serbiyalı hücumçu 33 yaşında futbolla vidalaşıb.

O, yerli mətbuata açıqlamasında qərarının səbəbini belə izah edib: “Artıq heç bir ambisiyam yox idi. Son olaraq oynadığım Azərbaycanda özümü yaxşı hiss etmirdim. Fransa liqası ilə bu ölkənin çempionatı arasında böyük fərq var idi. Düzdür, “Sabah” möhtəşəm klubdur, amma futbol o deyildi. S​stadionlarda heç 100 adam olmurdu. Mən də elə insanlardan deyiləm ki, nəyisə etmək lazım olmayanda sona qədər gedim. Həmişə hansısa ambisiyam olub. Bu isə məni karyeramda irəliləməyə vadar edirdi. Bundan sonra 10 klub dəyişə bilərdim, amma nə özümü, nə də başqalarını aldatmaq istədim”.

Qeyd edək ki, Petar Şkuletiç 2021-ci ilin sentyabr – oktyabr aylarında “Sabah”ın formasını geyinib. Daha çox ölkəsinin “Partizan” klubundakı çıxışı ilə tanınan veteran futbolçu müxtəlif vaxtlarda Avstriyanın LASK, Rusiyanın “Lokomotiv” (Moskva), Türkiyənin “Genclerbirliyi” və “Sivasspor”, həmçinin Fransanın “Monpelye” komandalarında çıxış edib. Onun son klubu “Sabah” olub.

CAHİD 

Bənzər xəbərlər