featured-image-33008

“Sabah” dünən növbəti transferini açıqladı. Paytaxt klubu Vensan Till ilə 2 illik müqavilə bağladı.

23 yaşlı futbolçu Lüksemburq millisinin əsas üzvlərindən biridir. O, yığmada 48 oyun keçirib və 3 qol vurub.

Till 12 yaşında qonşu Fransada “Mets”in akademiyasına yollanır. Yarımmüdafiəçi 2016-cı ildə “Mets”lə ilk peşəkar müqaviləyə imza atır. Maraqlıdır ki, həmin vaxt “Bayern” də onunla maraqlanırmış.

Till Liqa-1-dəki debüt matçında vaxtilə Türkiyə millisində oynamış məşhur hücumçu Mövlüt Erdinçin əvəzinə meydana daxil olub.

Lakin “Mets”in əsas heyətində möhkəmlənə bilməyən futbolçu müxtəlif klublara icarəyə verilir.

Til 2020-ci ildə Portuqaliya təmsilçisi “Nasional”la müqavilə bağlayır. O, 12 qol vursa da, bu, komandasının yüksək liqada qalması üçün yetərli olmur.  Növbəti il o, “Vorskla” ilə anlaşır. Lain Ukrayna klubunun heyətində meydana çıxmır və İsveç komandalarında icarədə oynayır.

Vensan Till Lüksemburq yığması üçün də çox önəmli futbolçudur. O, 2016-cı il martın 25-də Bosniya və Herseqovina ilə matçda debüt edərkən milli tarixinin ən gənc oyunçusu olur.

Vensanın qardaşları Olivye və Sebastyan da Lüksemburq seçməsinin heyətində çıxış edirlər.

 

 

 

Bənzər xəbərlər