"Sabah" İspaniyadan hücumçu gətirdi - RƏSMİ
“Sabah” daha bir transferini rəsmiləşdirib. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu Emmanuel Apehlə 2 illik müqavilə bağlayıb.
25 yaşlı nigeriyalı hücumçu karyerası ərzində İspaniyanın “Lorka” (2016-2018), “Selta-2”, “Selta” (Viqo, 2018-2020), “Tenerife” (2020-2022) və “Alkorkon” (2021/22) klublarında oynayıb.
Manu “Sabah”da 90 nömrəli formada çıxış edəcək.