"Sabah" Litvada problemlə üzləşib? - Klubdan açıqlama
“Sabah” RFŞ komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçı öncəsi Latviyada hər hansı problemlə üzləşməyib.
Bu barədə Msport.az saytına açıqlamasında klubun mətbuat katibi Elnur Həmidov məlumat verib.
Latviya qanunlarına görə, Şengen vizası olmayan Rusiya vətəndaşlarının bu ölkəyə girişi qadağandır.
Lakin “Sabah” rəsmisi bunun rusiyalı baş məşqçi Murad Musayev və köməkçilərinə şamil olunmadığını bildirib: “Bu məsələ Şengen viazsı olmayan Rusiya vətəndaşları ilə bağlıdır. Musayevin isə bu cür vizası var. Bir neçə gün öncə Almaniya və Avstriyada olub. Ona görə də hər hansı problem yaşanmayıb”.
Qeyd edək ki, iyulun 26-da keçiriləcək RFŞ – “Sabah” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.







