"Sabah" Mərakeş millisinin üzvü ilə müqavilə bağladı - VİDEO
UEFA Konfrans Liqasına hazırlaşan “Sabah” ilk əcnəbi transferini reallaşdırıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mərakeşli müdafiəçi Sofian Çakla ilə 2 illik müqavilə bağlanııb.
29 yaşlı futbolçu paytaxt klubunda 44 nömrəli formanı geyinəcək.
Qeyd edək ki Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib.
O, Mərakeş millisində 4 oyun keçirib.







