featured-image-5285

“Sabah” heyətini daha bir  futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda millimizin üzvü Anatoli Nuriyevlə anlaşıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilənin imzalanması gözlənilir. Transfer rəsmən yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Nuriyev apreldə Ukraynanın “Kolos” klubunu “Sumqayıt”a dəyişmişdi. Onun “Sumqayıt”la anlaşması iyunda başa çatır.

Hücumameyilli yarımmüdafiəçi “Sumqayıt”ın heyətində 5 oyunda meydana çıxıb 1 qol vurub.

Bənzər xəbərlər