featured-image-16878

Bu gün Misli Premyer Liqasında XIV tura yekun vurulub. Msport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Kəpəz” qərb derbisində “Turan Tovuz”u qəbul edib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Günün və turun son matçında isə lider “Qarabağ” əsas izləyicisi “Sabah”ın qonağı olub. “Köhlən atlar” cari mövsümdə xal itirməmişdi. Bu baxımdan, “Sabah”ın “Qarabağ”ı büdrədib-büdrətməyəcəyi maraqla gözlənilirdi. Qarşılaşmada hesab açılmayıb. Beləcə, son çempion yeni mövsümdə ilk dəfə qələbə qazana bilməyib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Sumqayıt”ı 4:2, “Zirə” “Səbail”i 1:0, “Neftçi” “Qəbələ”ni 2:0 hesabıyla məğlub edib.

Misli Premyer Liqası
XIV tur

13 noyabr

“Kəpəz” – “Turan Tovuz” 0:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev.
Gəncə şəhər stadionu, 14:30.

Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 32. Elvin Yunuszadə, 80. Tural Rzayev. 37. Ruslan Süleymanov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 24. Mixeil Erqemlidze.
Baş məşqçi: Tərlan Əhmədov.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 60. Səbayıl Bağırov, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev. 15. Vüsal Məsimov, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.

“Sabah” – “Qarabağ” 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Masazır. “Bank Respublika Arena”, 17:00.

Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 1. Aleksandr Neçayev, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 6. Julio Romao.
Baş məşqçi: Qurban Qurbanov.

Bənzər xəbərlər