"Sabah" - "Qarabağ" oyununda dava niyə düşdü?
Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qarabağ” – “Sabah” oyununda (3:3) gərginliyin səbəbi bəlli olub.
Msport.az xəbər verir ki, hadisə matçın sonlarında texniki zonada baş verib.
Bu epizodla bağlı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bir neçə dəfə rəqib düşərgəyə narazılığını bildirib.
qol.az saytının əldə etdiyi xəbərə görə, hadisəyə səbəb “Sabah”ın məşqçilərindən birinin “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynova qeyri-etik jest etməsi səbəb olub.







