featured-image-8396

“Sabah” dünən yeni transferini açıqladı. Murad Musayevin komandası nigeriyalı Emmanuel Apehlə 2 illik müqavilə bağladı.

Msport.az xəbər verir ki, 25 yaşlı forvard son 3 mövsümdə İspaniya Sequndasında çıxış edib. 2020-2022-ci illərdə “Tenerife””də oynayan futbolçu bu ilin yanvarında “Alkorkon”a icarəyə verilib.

Maraqlıdır ki, Apeh mərkəz hücumçusu olsa da, o, son 3 mövsümdə cəmi 3 qol vurub. 2020-2021 mövsümündə “Tenerife”də 31 oyunda şans əldə edən forvard bir dəfə belə rəqib qapılarına yol tapa bilməyib. “Sabah”ın yeni transferi 2021-2022 mövsümündə “Tenerife”də 8 oyunda 1, “Alkorkon”da isə 17 matçda 2 dəfə fərqlənib.

İspaniyalı mütəxəssislər Apehin məhz son nöqtəni qoyması ilə bağlı problemlərinin olduğunu qeyd edirlər. O, qol epizodlarına girsə də, bəzən yaxın məsafədən çərçivəyə düşə bilmir. Ümumiyyətlə, Manunun (onu qısa şəkildə belə adlandırırlar) karyerasında ən məhsuldar dövr 2019-2020-ci il mövsümündə Sequnda B divizionunda (səviyyəcə 3-cü liqa) olub. O, həmin vaxt “Selta”nın B komandasında 25 görüşdə 12 qol vurmuşdu.

 

Bənzər xəbərlər