“Sabah” “Vilyarreal”ın yetirməsini transfer edir
“Sabah” heyətinə yeni legioner cəlb etməyə hazırlaşır.
Msport.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu ispaniyalı yarımmüdafiəçi Pablo Alvareslə anlaşıb.
25 yaşlı futbolçunun tezliklə “Sabah”la yeni müqavilə bağlaması gözlənilir.
Pablo Alvares “Vilyarreal”ın yetirməsidir. O, bu klubun C komandasında çıxış etsə də, əsas komandaya yüksələ bilməyib. Daha sonra “Alaves” klubunun B komandasında oynamaq şansı qazanan yarımmüdafiəçi, 2018/19 mövsümünü də “San İqnasio”da icarədə keçirib. Geridə qalan mövsümdə isə Alvares Bolqarıstanın “Çerno More” komandasının uğurları üçün çalışıb. Futbolçu bu komandada meydana çıxdığı 43 oyunda 8 qola imza atıb.