Sabiq PSJ-li Premyer Liqa klubuna keçdi
PSJ və “Borussiya”nın (Dortmund) sabiq futbolçusu Tomas Menye İngiltərə təmsilçisi “Sanderlend”ə keçib.
Msport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı cinah müdafiəçisinin müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Tomas Menye son olaraq Fransada “Lill”in formasını geyinib.







