Sabiq "Qarabağ"lı Skopyedə millimizin oyunçuları lə görüşdü - FOTO
Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirəcək. Cani de Byazinin rəhbərlik etdiyi komanda Skopyedə Şimali Makedoniya ilə qarşılaşacaq.
Msport.az xəbər verir ki, oyundan öncə “Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem yığmamızın düşərgəsinə gələrək “Qarabağ”da birlikdə oynadığı oyunçularla görüşüb.
Muarem bununla bağlı instaqram hesabında paylaşım edib: “Qardaşları görmək xoş idi”.
Xatırladaq ki, hazırda “Qostivar” klubunda oynayan yarımmüdafiəçi Şimali Makedoniya millisində də çıxış edib.
Muarem 2012-2015 və 2016-2017-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub.