featured-image-85003

“Real”ın sabiq müdafiəçisi, hazırda “Bayer”də çıxış edən Lukas Vaskes “Barselona”nın və İspaniya millisinin futbolçusu Lamin Yamal haqqında yüksək fikirlər səsləndirib.

Msport.az xəbər verir ki, 35 yaşlı futbolçu 19 yaşlı hücumçunun bu qədər gənc yaşda dünya futbolunun əsas ulduzlarından birinə çevrilməsini heyrətamiz hadisə adlandırıb:

“Düşünürəm ki, Laminin istedadı futbol tarixində indiyədək görmədiyimiz bir hadisədir. Bu qədər böyük istedada malik, belə gənc yaşda bu dərəcədə vacib rol oynayan futbolçu… Ən azı mən karyeram ərzində belə bir şey görməmişəm”.

Qeyd edək ki, Vaskes uzun illər “Real”ın formasını geyinib və 2025-ci ildə “Bayer”ə keçib.

Bənzər xəbərlər