featured-image-85005

“Liverpul” müdafiə xəttinin gələcəyini düşünərək Vircil van Deykin mümkün əvəzləyicisini müəyyənləşdirib.

Msport.az xəbər verir ki, İngiltərə nəhəngi “Ştutqart”ın 20 yaşlı futbolçusu Finn Yelçlə maraqlanır.

Mersisayd klubu gənc müdafiəçinin çıxışını izləmək üçün Almaniyaya skautlarını göndərib. Yeltşlə “Liverpul”dan başqa, “Barselona” və “Bavariya” da maraqlanır. Münhen təmsilçisi futbolçuya karyerasını Almaniyada davam etdirmək imkanı yaratmaqla transfer mübarizəsində üstünlük qazana bilər.

20 yaşlı müdafiəçi 2025-ci ilin yayında “Nürnberq”dən “Ştutqart”a keçib. O, Sebastyan Hönessin rəhbərliyi altında 63 rəsmi qarşılaşmada iştirak edib. Yeltş həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi mövqeyində çıxış edə bilir.

Bənzər xəbərlər