Sadio Mane milli karyerasını başa vurdu
Sadio Mane Seneqal millisində karyerasını başa vurduğunu açıqlayıb.
Msport.az xəbər verir ki, 34 yaşlı futbolçu yığmada 130 oyunda 54 qol vurub.
Seneqal komandası DÇ-2026-nın 1/16 final mərhələsində Belçikaya uduzaraq (2:3) mübarizəni dayandırıb.
Mane 2023-cü ildən Səudiyyə Ərəbistanın “Əl Nəsr” klubunda çıxış edir. O, buna qədər “Liverpul”, “Bayern”, “Sautqempton”, “Zaltsburq” kimi klublarda oynayıb.







