featured-image-11723

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun ABŞ-ın Sent Luis şəhərində keçirilmiş “Grand Chess Tour”un 4-cü mərhələsindən qazancı açıqlanıb.

Msport.az xəbər verir ki, turniri 6-cı sırada bitirən 37 yaşlı qrossmeyster 11 min dollara sahib çıxıb.

Məmmədyarov “Grand Chess Tour”un ümumi sıralamasında 10 xalla 8-cidir. O, ümumilikdə bu yarışdan 32,250 dollar əldə edib.

“Grand Chess Tour”un 5-ci mərhələsi olan “Sinquefield Cup” 1-13 sentyabrda Sent Luisdə keçiriləcək.

Bənzər xəbərlər