featured-image-11742

Şahin Diniyev “Kəpəz”lə danışıqları müsbət yekunlaşmayıb.

Msport.az xəbər verir ki, 56 yaşlı mütəxəssisin Gəncə klubunun sükanı arxasına keçməsi gözlənilsə də, o, son anda təklifdən imtina edib.

Təcrübəli məşqçi bunu komandanın heyətinin yaxşı komplektləşməməsi, klubun rəqiblərini öz meydanında qəbul etməməsi, hazırlıq üçün şəraitin yaxşı olmaması ilə əlaqələndirib. Qeyd edək ki, Diniyevin şəxsi müqavilə məsələsində hər hansı etirazı olmayıb. Sadəcə komandada şəraitin yaxşı olmaması onun fikirini dəyişdirib.

Gəncə klubunun rəhbərliyi indi Tərlan Əhmədov və Aftandil Hacıyev variantı üzərində baş sındırır. Amma ötən mövsüm “Səbail”i çalışdıran Hacıyev də bu şərtlərlə “Kəpəz”i qəbul etməyə müsbət yanaşmır.

Bənzər xəbərlər