featured-image-44281

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komanda ilə ikinci yoldaşlıq görüşünü keçirib.

Federasiyadan Msport.az-a verilən məlumata görə, qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma bu dəfə qara fiqurlarla mübarizə aparıb. Startdan əvvəl Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov çıxış edib, ardınca isə simvollik olaraq ilk gedişi yerinə yetirib.

İkinci turda 4 partiyada qalib müəyyənləşməyib. Bir oyunda isə Nino Baçiaşvili millimizin üzvü Ülviyyə Fətəliyevadan üstün olub.

Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar. Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.

Bənzər xəbərlər