Şahmat millimiz Gürcüstanla üz-üzə gələcək
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstan seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.
Azərbaycan Şahmat Federasiyasından Msport.az-a verilən məlumata görə, iti zəka sahibləri bu görüş üçün Gürcüstana yollanıblar.
Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda fevralın 27-dən martın 2-dək yoldaşlıq görüşündə iştirak edəcəklər. Razılaşmaya əsasən, şahmatçılar 5 turda mübarizə aparacaqlar.
Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq oyunu qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.