featured-image-44329

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir.

Msport.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma 3-cü turda ağ fiqurlarla mübarizə aparıb.

3-cü turda dörd partiya bərabərliklə yekunlaşıb. Millimizin üzvü Ülviyyə Fətəliyeva görüşü qələbəylə başa vurub. 3-cü tur millimizin 3-2 hesablı qələbəsiylə nəticələnib.

Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq.

Yekunda ümumi xal toplanaraq yoldaşlıq görüşünün nəticəsi elan olunacaq.Xatırladaq ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.

Bənzər xəbərlər