Şahmat üzrə birinci “Həmrəylik kuboku” baş tutdu
Sports.az saytının təşkilatçılığı, Etopaz-ın baş sponsorluğu və “Şah klub”un dəstəyilə media nümayəndələri arasında şahmat üzrə birinci “Həmrəylik kuboku” baş tutub.
Msport.az xəbər verir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə onlayn formatda təşkil olunmuş turnir 9 turdan ibarət dairəvi sistemlə keçirilib.
Həvəskar şahmatçılar arasında gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda yekunda 8 xalla İctimai Radionun aparıcısı Əhməd Əliyev çempion olub.
İkinci yeri 6.5 xalla ATV-nin tanınmış aparıcısı İlkin Fikrətoğlu, üçüncü yeri isə 6 xalla Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının media departamentindən Emil Əliyarlı tutub.
Qaliblərə və bütün iştirakçılara Etopazın pul mükafatları təqdim olunub.