Şahmat üzrə dünya çempionu içkili vəziyyətdə huşunu itirdi - Hazırda reanimasiyadadır
Şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov hospitala yerləşdirilib.
Msport.az “112” teleqram kanalına istinadən xəbər verir ki, məşhur qrossmeyster şənbə günü Rusiya Dövlət Dumasının binası qarşısında huşsuz vəziyyətdə tapılıb. Hazırda o, reanimasiyadadır.
Həkimlər şahmatçıya kəllə-beyin travması, sol bud sümüyünün sınığı və ağır alkoqol intoksikasiyası diaqnozu qoyublar. Deyilənə görə, şahmatçı dumanın qarşısında yıxılaraq bu vəziyyətə düşüb. Qeyd edək ki, Karpov Rusiya Dövlət Dumasının deputatıdır.
71 yaşlı Anatoli Karpov 1975-1985-ci illərdə dünya çempionu olub. O, 1985-də şahmat tacını Harri Kasparova uduzub.
Karpov Beynəlxalq Şahmat Federasiyasının versiyasına görə, üçqat (1993, 1996, 1998) dünya çempionudur. SSRİ yığmasının heyətində də iki dəfə dünya çempionu olub – 1985, 1989.