featured-image-55992

FIDE dekabrın 26-31-də Nyu Yorkda rapid və blits üzrə dünya çempionatının keçiriləcəyi yeri açıqlayıb.

Msport.az xəbər verir ki, yarış dünyanın əsas maliyyə paytaxtlarından olan “Wall Street”də keçiriləcək.

Açıq turnir Nyu Yorkun maliyyə rayonunun mərkəzində yerləşən tarixi memarlıq abidəsi olan “Cipriani Wall Street”də olacaq.

Qadınlar arasında turnir düz qarşı tərəfdə – bir vaxtlar Nyu York Bankı və Amerika Maliyyə Muzeyinin yerləşdiyi başqa bir tarixi məkan olan “48 Wall Street” ünvanında təşkil olunacaq.

Təqvimə əsasən, rapid yarışı dekabrın 26-28-də təşkil ediləcək, sonra istirahət günü olacaq, dekabrın 30-31-də isə iştirakçılar blits üzrə yarışacaqlar.

Qeyd edək ki, Nyu Yorkda rapid və blits üzrə ölkə çempionatının nəticələrinə əsasən, bu hüququ təmin etmiş ən azı altı azərbaycanlı şahmatçı çıxış edəcək. Bunlar Eltac Səfərli, Vüqar Rəsulov, Məhəmməd Muradlı, Gülnar Məmmədova, Zeynəb Məmmədyarova və Xanım Balacayevadır.

Bənzər xəbərlər