featured-image-50853

Macarıstanda keçirilən V Avropa Universitet Oyunlarında Azərbaycan şahmatçıları uğurlu çıxış edib.

Şahmat Federasiyasından Msport.az saytına verilən məlumata görə, Azərbaycan İdman Akademiyasını təmsil edən Vüqar Manafovla Elmar Atakişiyevdən ibarət komanda rapid yarışlarında qələbə qazanıb.

9 turda 15 xal toplayan şahmatçılar 17 komanda arasında birinci yeri tutublar.

Bu gün şahmatda blits üzrə yarışlar təşkil olunacaq.

Bənzər xəbərlər