featured-image-37757

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb.

Msport.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbovun mövqeyi dəyişməyib. 36 yaşlı qrossmeyster 2745 xalla 14-cü pillədə qərarlaşıb.

Milli komandanın üzvlərindən Şəhriyar Məmmədyarov (2734) isə 1 pillə geriləyərək, 17-ci sırada dayanır. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679) 58-ci yerə yüksəlib.

Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2839) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçi Fabiano Karuana (2786), üçüncü sırada isə çinli Din Liren (2780) yer alıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 30-cu, Ülviyyə Fətəliyeva (2393) 56-cı, Gövhər Beydullayeva (2383) 66-cı, Gülnar Məmmədova (2346) isə 100-cü sırada qərarlaşıb.

Xanım şahmatçıların reytinqində birinci yer Xou İfana (Çin, 2628) aiddir. Çinin digər təmsilçisi Yu Vençjun (2560) ikinci yerdədir. İlk üçlüyü FIDE adından çıxış edən Bakıdakı Dünya Kubokunun qalibi Aleksandra Qoryaçkina qapayır.

Bənzər xəbərlər