Şahruddin "Nant"a qarşı oynayacaqmı?
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.
Msport.az xəbər verir ki, 28 yaşlı qolkiper belində ağrılar hiss etdiyindən Qurban Qurbanov onu “Turan Tovuz”la qarşılaşmada heyətə daxil etməyib.
Tovuz klubu ilə görüşdə qapını Luka Quqeşaşvili qoruyacaq. Şahruddinin “Nant”la oyunda meydana çıxıb-çıxmayacağı hələ ki bəlli deyil.







