featured-image-11195

Türkiyənin TV8,5 kanalında Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” – “Qarabağ” oyunu (2:1) müzakirə edilib.

Msport.az xəbər verir ki, ekspertlər Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyevi kəskin tənqid ediblər. Alp Özgən “qapıçının orada nə işi vardı?” deyərək məğlubiyyətdə Məhəmmədəliyevi günahlandırıb.

Mehmet Özkannın fikirləri isə belə olub: “Əgər hesab fərqli olsaydı, “Qarabağ” bərabərliyi təmin etməyə çalışsaydı, qapıçını başa düşmək olardı, tələsir, topu irəli vurmaq istəyir. Amma belə məqamda nə ehtiyac vardı ki?

 

Bənzər xəbərlər