featured-image-8833

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Sürix” oyununda (3:2) sona 5 dəqiqə qalmış Ağdam klubunun qapısına penalti təyin olunmuşdu.

Msport.az xəbər verir ki, bu zaman qapı arxasındakı uşaqlardan biri “Qarabağın 16 yaşlılardan ibarət komandasının üzvü Fərid Məmmədyarov Şahruddin Məhəmmədəliyevə Mirlind Kryeziunun penaltini sağ küncə vuracağını qışqırıb. “Topdaşıyan” uşaq nə qədər qolkiperi inandırmağa çalışsa da, o, fərqli istiqamətə tullanıb və “Sürix” hesab fərqini azaldıb. Sonradan “Qarabağ”ın qapıçısı bütün diqqətinin oyunda olduğunu ona görə də uşağı eşitmədiyini deyib.

“Xəzər Tv”nin bununla bağlı hazırladığı maraqlı videosüjeti təqdim edirik:

Bənzər xəbərlər