featured-image-5678

“Qarabağ”ın futbolçusu Ovusu Kvabena karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Sakaryaspor” 25 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.  Sakarya klubu bunun üçün “Qarabağ”a təklif göndərib.

Cavabın bu həftə ərzində veriləcəyi gözlənilir. 1-ci liqaya vəsiqə qazanan komanda qanalı forvardı icarə əsasında və ya birdəfəlik heyətinə cəlb etməkdə maraqlıdır.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında “Ankaragücü”nün formasını Ovusu Kvabenanın “Qarabağ”la 2023-cü ilin yayınadək müqaviləsi var. O, Türkiyə I Liqasında meydana çıxdığı 21 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər