featured-image-9465

“Şamaxı”nın ikinci komandasının yeni mövsümdən I divizionda oynayacağı dəqiqləşib. Hələ ki komandanın məşqçilər korpusu açıqlanmasa da, əvəzedicilər dünən artıq “Neftçibaza”da məşqə çıxıblar.

Msport.az-ın əldə etdiyi məlumata görə, “Şamaxı-2”-yə Zaur İsmayılov rəhbərlik edəcək. Uzun illər “İnter”, “Keşlə” klublarında çalışmış mütəxəssis son olaraq Sənan Qurbanov və Rüstəm Əliyevin köməkçisi olub.

İsmayılovun məşqçilər korpusunda Ruslan Əmircanov və Cəmaləddin Əliyev yer alacaq. Əmircanov karyerasını başa vurduqdan sonra “Şamaxı”da məşqçiliyə başlamışdı. Əliyev isə uzun illərdir ki, bu komandada qapıçılar üzrə məşqçidir. Təyinatın yaxın günlərdə açıqlanması gözlənilir.

Bənzər xəbərlər