featured-image-4071

Son mövsümü 7-ci yerdə başa vuran “Şamaxı”da ciddi dəyişikliklər olacaq.

Msport.az-ın əldə etdiyi məlumata görə, Zaur Axundovun rəhbərlik etdiyi klub demək olar ki, yerli futbolçuların əksəriyyəti ilə vidalaşacaq.

Son turlarda Tərlan Quliyevlə Tural Axundov əvəzedici komandaya gönədirilmişdilər. Onların yeni mövsümdə “Şamaxı”da olmayacağı dəqiqdir. Komandanın əsas mərkəz müdafiəçilərindən olan Şəhriyar Əliyev “Səbail”dən yaxşı təklif alıb və 30 yaşlı futbolçu Aftandil Hacıyevin rəhbərliyi altında oynayacaq.

Komandanın daha bir təcrübəli müdafiəçisi İlkin Qırtımov isə karyerasını “Qəbələ”də davam etdirə bilər. Stanislav Namaşkonun qapı xəttində əvəzləyici olan Kamal Bayramov doğma rayona – “Turan Tovuz”a yollanacaq. Amil Yunanovun da karyerasını Qərb klubunda davam etdirməsi gözlənilir.

“Neftçi”nin “Şamaxı”ya icarəyə verdiyi – Rəhman Hacıyevlə Fəhmin Muradbəyli də gələn mövsüm komandada olmayacaq.

“Şamaxı” əsasən gənc yerli oyunçuları – Pərviz Azadov, Elçin Mustafayev, Samir Abdullayev, Rafael Məhərrəmli, Turan Vəlizadə, Rəhman Daşdəmirovu heyətdə saxlayacaq.

Bənzər xəbərlər