featured-image-80352
“Şamaxı” heyətini gücləndirməkdə davam edir.
Msport.az xəbər verir ki, Azər Bağırovun baş məşqçi olduğu komanda gürcüstanlı hücumçu Tornike Akhvledianini heyətinə qatıb.
26 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Tornikenin son klubu Gürcüstanın “İberiya 1999” klubu olub. O, ötən il bu klubun heyətində 31 oyunda 1 qol vurub. Bu il isə 10 matçda fərqlənə bilməyib.

Bənzər xəbərlər