featured-image-4025

“Şamaxı” klubunun yeni mövsümdə harada məskunlaşacağı məlum olub. Msport.az xəbər verir ki, “qırmızı-ağlar”ın “ASK Arena” ilə müqaviləsi mövsümün sonuna kimi idi. Komanda gələn mövsüm də Şamaxıya oyunlardan yalnız bir gün əvvəl gedəcək.

“Şamaxı” məşqlərini “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirəcək və baza kimi də oranın otelindən istifadə edəcək. Qeyd edək ki, əvvəlcə klubun Şağan Olimpiya Kompleksi ilə müqavilə bağlayacağı gözlənilsə də, bu, baş tutmayıb.

Bənzər xəbərlər