featured-image-16710

“Vorskla”dan sonra Azərbaycandan dəvət aldım, amma nədənsə, dərhal getmək istəmədim. Məni ölkə kubokunu qazandığım komandaya dəvət etdilər, imtina etdim. Klub indi “Keşlə” yox, “Şamaxı” adlanır”.

Msport.az xəbər verir ki, bunu “Şamaxı”nın sabiq baş məşqçisi Yuri Maksimov “TaToTake”ə açıqlamasında deyib.

54 yaşlı mütəxəssis Gürcüstandan da təklif aldığını, lakin bunu geri çevirdiyini söyləyib: “Çünki kiminsə arxasınca zibil təmizləmək istəmirəm. Sıfırdan nəyəsə başlamaq niyyətindəyəm”.

Maksimov ona Ukraynadan təklifin olmadığını vurğulayıb. Baş məşqçi maraqlı təklif olacağı təqdirdə, postsovet məkanından kənarda da işləyə biləcəyini sözlərinə əlavə edib.

Xagtırladaq ki, “Vorskla”nın baş məşqçi postuna Viktor Skriptin təyinat alıb. Yuri Maksimov 2017/18 mövsümünün ikinci yarısında “Keşlə”nin baş məşqçisi olub. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.

Bənzər xəbərlər