featured-image-6310

“Şamaxı”nı yeni mövsümdə çalışdıracaq məşqçinin adına aydınlıq gəlib.  Zaur Axundovun Müşahidə Şurasının rəhbəri postundan gedişindən sonra yeni rəhbərlik elan olunmasa da, komandaya rəhbərlik edəcək mütəxəssis bəllidir.

Msport.az xəbər verir ki, “Şamaxı”nin yeni baş məşqçisi millimizin sabiq yarımmüdafiəçisi Cavid Hüseynov olacaq. 34 yaşlı Hüseynov futbolçu karyerasını bitirdikdən sonra “Cəbrayıl”ın sükanı arxasına keçdi və komandasını Region Liqasının qalibi etdi. “Cəbrayıl” onun rəhbərliyi altında UEFA Region Kubokunda Belarus “Kolos”u ilə qarşılaşacaq. Gənc məşqçi həmin matçlardan sonra “Şamaxı”dakı fəaliyyətinə başlayacaq.

Bənzər xəbərlər