featured-image-4696

Geniş heyətə malik olan “Sabah” bəzi gənc futbolçularını icarəyə verəcək. Msport.az xəbər verir ki, ötən mövsüm paytaxt klubunun əvəzedici komandasının qapısını qoruyan Rustam Samiqullin karyerasını “Şamaxı”da davam etdirəcək.

Xatırladaq ki, “Şamaxı” bu günlərdə əsas qolkiperi Stanislav Namaşko ilə müqavilənin müddətini uzatdı. Kamal Bayramov isə komandanı tərk edərək “Turan Tovuz”a yollanacaq. Samiqullin də görünür, yeni komandaya məhz Bayramovun əvəzləyicisi kimi dəvət olunub. “Şamaxı”da gənc qapıçı Əkbər Vəliyev də var. Onun gələn mövsüm komandada qalıb-qalmayacağı bəlli deyil.

19 yaşlı Samiqullin 21 yaşlılardan ibarət milli komandamıza da cəlb olunur. O, millimizin ötən il Özbəkistan (0:1) və bu il Belarusla oyunlarında (1:3) meydanda olub.

Bənzər xəbərlər