featured-image-6824

“Şamaxı” klubunda rəhbər dəyişikliyi baş verdikdən sonra klub hələ də “qış yuxusu”ndan ayılmayıb. Komandanın yeni baş məşqçisinin Cavid Hüseynov olacağı bəlli olsa da, onunla bağlı nə təqdimat keçirilib, nə də klubun rəsmi saytında və sosial şəbəkələrində bu barədə məlumat yerləşdirilib.

Saytdan söz düşmüşkən, shamakhifc.az-da son xəbər mayın 28-ə aiddir. O da 28 may Dövlət Müstəqilliyi Günü ilə bağlı. Sosial şəbəkələrdə də vəziyyət oxşardır. Klubun rəsmi feysbuk səhifəsində son üç xəbər belədir:

15 iyun – Milli Qurtuluş günü ilə bağlı bayram təbriki.

23 iyun – E Milli Liqanın III mövsümündə “Şamaxı”nın çempion olmasına dair 25 saniyəlik video.

25 iyun – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə bağlı təbrik.

“İnstagram”da da son paylaşım 26 iyundakı bayram təbrikidir.

Yeri gəlmişkən, Şamaxı rayon İcra Hakimiyyətinin rəsmi saytında rayonda keçirilən sərbəst güləş üzrə açıq birincilik barədə xəbər olsa da, “Şamaxı” klubu haqqında heç bir yazıya rast gələ bilmədik.

 

media-WhatsApp Image 2022-06-29 at 01.24.18

media-WhatsApp Image 2022-06-29 at 01.24.04

media-WhatsApp Image 2022-06-29 at 01.24.08

Bənzər xəbərlər