featured-image-18704

Bu gün Misli Premyer Liqasında XVII tura start verilib. Msport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Şamaxı” doğma meydanda “Zirə” ilə münasibətlərini aydınlaşdırıb. Tərəflər bu oyundan qolsuz və 1 xalla ayrılıblar.

Günün digər matçı isə lider “Qarabağ” “Qəbələ” arasında baş tutub. Bu oyunun taleyini isə Ramil Şeydayevin penaltidən vurduğu yeganə qol həll edib. Nəticədə Ağdam klubu liderliyini daha da möhkəmləndirib.

Bu turun “Kəpəz” – “Sabah” və “Sumqayıt” – “Səbail” oyunları sabah, “Turan Tovuz” – “Neftçi” görüşü isə dekabrın 15-də keçiriləcək.

Misli Premyer Liqası
XVII tur

13 dekabr

“Şamaxı” – “Zirə” 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Kamal Umudlu.
Şamaxı şəhər stadionu, 14:00.

Şamaxı: 1. Rəşad Əzizli, 55. Adil Nağıyev (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 9. Amil Yunanov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 79. Emil Qasımov.
Baş məşqçi: Vüqar Əsgərli.
Zirə: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 9. Loris Broqno, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 2. Sertan Taşkın, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 47. Məhəmməd Hamdaui, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.

“Qarabağ” – “Qəbələ” 1:0
Qol: R.Şeydayev, 68-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Rəhman İmami, İnqilab Məmmədov.
Bakı. “Azersun Arena”, 19:00.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 20. Kadi Borпes, 11. Kvabena Ovusu.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Bənzər xəbərlər