featured-image-17816

Şamaxıda eyniadlı komanda ilə “Kəpəz” arasında keçirilən Premyer Liqanın XV tur oyununda beş vermiş davanın təfərrüatları bəlli olub.

Meydan sahiblərinin müdafiəçisi Adil Nağıyevin Msport.az saytına verdiyi məlumata görə, insidentə qonaqların yarımmüdafiəçisi Mate Kvirkviyanın kobudluğu səbəb olub:

“Kobudluqdan sonra yerə qalan oyunçumuza sərt etiraz etdi. Mən də buna əsəbiləşdim. Adi haldır, futbolda belə şeylər olur”.

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında Şamaxıda 2 xal itirdiklərini bildirib. Mütəxəssisin sözlərinə münasibət bildirən 28 yaşlı futbolçu onunla razılaşmadığını söyləyib: “Əksinə, 1 xal qazandıqlarını deyə bilərəm. Oyuna baxan hər kəs bunu gördü. Həqiqətən ikinci hissədə möhtəşəm oynadıq. Premyer Liqamızda 2-3 komandadan zəif oyun sərgiləsək də, qalanlarından daha yaxşı və dinamik futbol nümayiş etdiririk”.

Qeyd edək ki, “Şamaxı” – “Kəpəz” matçı 1:1 hesabı ilə başa çatıb.

Bənzər xəbərlər