featured-image-3374

“Qəbələ” ilə oyundan (0:1) sonra səsləndirdiyi fikirlərə görə azarkeşlərin qəzəbinə tuş gələn “Neftçi”nin baş məşqçisi Samir Abasov məsələyə aydınlıq gətirib. Msport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis “Neftçi” fanatlarının təxribata uymamalarını istəyib:

“Bu vaxta qədər “Neftçi” nədən əziyyət çəkib, azarkeşlər bu komandanı necə görmək istəyiblər? Onların məndən istəkləri nə olubsa, həmişə dinləmişəm. Sadəcə axırıncı olaylar.. .

Azarkeşlər həmişə gəlib deyiblər ki, başa düşürük kiminlə mübarizə aparırıq. Onlar da reallığı anlayırlar. Sadəcə istəyirlər  ki, komanda canını qoysun, əzmlə mübarizə aparsın, loqoya görə oynasınlar. Bizim klubun böyük ənənələri var. Bütün bunlara görə, mübariz bir komanda arzulayırlar. Və həmin azarkeşlərin sonra oyun gedə-gedə o cür qışqırmaları, təzyiq göstərmələri, demələri ki,  çempion ola bilmədin, çıx get.  Məni bu çaşdırır, burda bir mövqesizlik görürəm. Oturub danışdığımız nədir, məndən istədiyiniz nədir və sonra belə vəziyyətə düşdüyümüz halda bu tələb nədir? Mənim sözüm sırf o insanlara idi. Fikirlər üst-üstə düşmədiyinə görə o açıqlamanı verdim.

Yenə deyirəm məni bura Müşahidə Şurası, klub rəhbərliyi təyin edib. İki oyundan sonra da müqavilə bitir. Onlar qərar verəcəklər, saxlayacaqlarsa, qalıb işləyəcəm.

Hardasa eşitmisiz ki, çempionatın gedişində rəqib komandanın azarkeşləri baş məşqçini istefaya çağırır? Bu nə deməkdir? Niyə disbalans yaratmağa çalışırlar? İstəyirəm ki, azarkeşlər bunları təhlil eləsinlər. Hər vacib oyundan qabaq mediada çıxan xəbərlərə fikir verin: filankəsi Samir istəmir, filankəs komandada qalmayacaq. Düşünürəm ki,  bunlar hamısı məqsədəyönlüdür. Düşünülmüş şəkildə olur. Azarkeşləirimizin buna uymamasını istəyirəm. Bir mövqedə qalsınlar. Əgər bu gün Samiri istəmirlərsə, demək budur mövqeləri”.

 

 

Bənzər xəbərlər