Samir Abasov: “Komandada disbalans var”
“Toplanış yaxşı keçdi. Hazırlıq prosesindən razı qaldım”.
Msport.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Antalyadakı qış-təlim məşq toplanışı barədə “CBC Sport”a açıqlamasında deyib.
45 yaşlı mütəxəssis bildirib ki, yeganə problem transfer edilən oyunçuların komandaya bir qədər gec qoşulması oldu: “Bu mənada fiziki baxımdan disbalans var. İnanırıq ki, çempionat oyunlarında onlar da formaya düşəcəklər. Ümumi götürsək, hər şey yaxşı idi”.
Qeyd edək ki, “Sumqayıt” Misli Premyer Liqasında qış fasiləsindən sonra ilk oyununu XIX turda səfərdə “Zirə”yə qarşı keçirəcək.