featured-image-3145

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 26-cı turunda “Qəbələ”yə qarşı oyunda azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib.

Msport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra “CBC Sport”a açıqlamasında bunları söyləyib:

“Mövqeyi olmayan adamlardır. Onlar məni bir neçə ay öncə göyə atan adamlardır. Həm də məni bura rəhbərlik gətirib, azarkeşlər gətirməyib. Rəhbərlik nə vaxt istəsə, onda istefaya gondərəcək”.

Bənzər xəbərlər