Sandro Tonali “Tottenhem”də - RƏSMİ
“Tottenhem” İtaliya yığmasının yarımmüdafiəçisi Sandro Tonalinin transferini rəsmiləşdirib.
Msport.az xəbər verir ki, 26 yaşlı oyunçu London təmsilçisinə iş icazəsi alındıqdan sonra qoşulacaq.
Təcrübəli futbolçu 2023-cü ilin iyulunda “Nyukasl”a keçib və 110 qarşılaşmada 10 qol müəllifi olub. O, komandaya 2025-ci ildə İngiltərə Liqa Kubokunu qazanmaqda və klubun 70 illik titul həsrətinə son qoymaqda yardım edib.
Qeyd edək ki, İtaliyanın U-19 və U-21 yığmalarında çıxış etmiş S.Tonali əsas milli komandada debütünü 2019-cu ilin oktyabrında, Lixtenşteynə qarşı oyunda gerçəkləşdirib. O, indiyədək keçirdiyi 32 matçda 4 qol vurub.







