featured-image-32220

“Sabah”ın müqavilə ilə Ukrayna “Şaxtyor”una məxsus Aleksey Kaşuku yenidən icarəyə götürmək istəyi baş tutmayıb.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi öz komandasına qayıdacaq.

Donetsk klubu Bakı təmsilçisində əla mövsüm keçirən vingeri buraxmaq niyyətində deyil. Bu səbəbdən tərəflər arasında danışıqlar uğursuz nəticələnib.

Qeyd edək ki, Aleksey Kaşuk ötən mövsüm “Sabah”ın heyətində 31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər