featured-image-33985

“Sabah” müdafiəçi Abdulaye Ba ilə yollarını ayırıb.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, seneqallı futbolçu ilə ötən mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, Abdulaye Ba 2022-ci ilin iyulundan “Sabah”da çıxış edirdi. O, Premyer Liqada 2022/2023 mövsümündə 22 oyuna çıxıb və 2 qol vurub.

Xatırladaq ki, A.Ba ötən mövsümün sonunda klub və azarkeşlərlə vidalaşmışdı.

32 yaşlı futbolçunun yeni klubu da müəyyənləşib. O, karyerasını Portuqaliyanın “Tondela” klubunda davam etdirəcək. Ba ilə 1 illik müqavilə bağlanılıb.

Bənzər xəbərlər