featured-image-77309

Bu gün futbol üzrə Azərbaycan 1-ci liqasında 23-cü tura yekun vurulub.

Msport.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Autsayder “Şimal” öz meydanında  “Bakı Sportinq”i qəbul edib. “Şimal” minimal hesabla qalib gələrək sonuncu pilləni tərk edib.

“Səbail” isə “Difai”nin qapısından 4 cavabsız top keçirib. “Dənizçilər”in heyətində Kamran Quliyev və Qurban Səfərov dubl edib. Bu qələbədən sonra xalqlarının sayını 43-ə çatdıran “Səbail” 2-ci pilləyə yüksəlib. Komanda lider “Şəfa”dan 9 xal geri qalır. “Mingəçevir” 42 xalla 3-cü, “Baku Sportinq” isə 41 xalla 4-cü yeri tutur.

23 aprel (cümə axşamı) 

Şimal” – “Bakı Sportinq” – 1:0

Qol: A.Qla, 12
Şamaxı OİK stadionu

“Difai” – “Səbail” – 0:4

Qollar: K.Quliyev, 22, 47, Q.Səfərov, 51, 59
Buzovna qəsəbə stadionu

22 aprel (çərşənbə)

“Şəfa” – MOİK – 3:0

“Cəbrayıl” – “Mingəçevir” – 2:1

“Zaqatala” – “Şahdağ Qusar” – 0:1

Bənzər xəbərlər