featured-image-10879

“Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmar Cəmiyyəti” “Səbail”in əsas sponsoruna çevrildikdən sonra komandanın üzü güldü. Ötən mövsümlə müqayisədə klubun büdcəsi 3 dəfə artırılıb, məşqçilər korpusu istədikləri legionerləri heyətə cəlb edə bilirlər.  Paytaxt təmsilçisinin  heyətində hazırda 8 əcnəbi futbolçu var.

Mahmud Qurbanovun rəhbərlik etdiyi komanda mövsümün əvvəlində 10 gün Gürcüstanda təlim-məşq toplanışında oldu və Tbilisinin ən bahalı otellərindən hesab olunan 5 ulduzlu “Hualing”də qaldılar. Qeyd edək ki, “Qəbələ” büdcəsinin yaxşı, Roman Qriqorçukun baş məşqçi olduğu vaxtlarda həmin oteldə məskunlaşmışdı. Həmin dönəmlərdə də əyalət klubu Avropa Liqasının qrupunda oynayırdı.

Maraqlıdır, “Səbail”in indi büdcəsi nə qədərdir ki, özünə belə imkanlar yarada bilir.

Msport.az-ın əldə etdiyi məlumata görə, kluba bu mövsüm üçün 8 milyon manat büdcə ayrılıb. Bu qədər vəsaitlə komanda təbii ki, avrokuboklar uğrunda mübarizə aparmalıdır, daha 3 oyundan 1 xal yox.

 

Bənzər xəbərlər