“Səbail”in əcaib media siyasəti
“Səbail” dünən daha bir transferini təqdim etdi. “Dənizçilər” ukraynalı Petro Stasyukla müqavilə bağladı.
“Şaxtyor”un son yoxlama oyunlarında meydana çıxan müdafiəçinin yəqin ki, paytaxt klubuna xeyiri dəyəcək.
İndi yeni legionerin səviyyəsini müzakirə etmək niyyətində deyiləm. Söhbət “Səbail”in yeni futbolçusu barədə necə məlumat verməsindən gedir. Klubun rəsmi “Instagram” səhifəsi dünən təxminən saat 19:00 radələrində Stasyukun transferi xəbərini paylaşdı. Amma “Səbail”in rəsmi “Facebook” səhifəsində hələ də bu keçidlə bağlı bir cümlə də məlumat yoxdur. Klubun saytında da yeni transferlə bağlı xəbər yerləşdirilməyib. “Facebook” səhifəsində bu gün Turan Manafovun doğum gününü təbrik etməyi unutmayan admin, nədənsə, yeni transferi çox da önəmli hesab etmir. Belə çıxır ki, “Səbail”ə otel, restoranlar kimi “Instagram” səhifəsi daha vacibdir, nəinki sayt.